Ağdaşdan "bir fırtına" keçdi...
Bu avqust ayının 11-də paylaşdığım statusdur. Düz 17 gün əvvəl. Göründüyü kimi fırtına baş verdi. Ağdaş RİH başçısına şiddətli töhmət verildi. Ciddi siqnaldı. Olmalı idi. Və oldu. Noyabrın birində fəaliyyətinin bir ili tamam olmamış icra başçısına şiddətli töhmət verildi.
Belə
deyək də, canını şiddətli töhmətlə qurtarmiş oldu. Daha doğrusu qurtardılar. Bütün hallarda icra
başçısı rayonun siyasi rəhbəri olsa da, rayonun "padşahi" deyil. Və qərarı
da tək başına verməməlidir.
Birdəki
belə problemlər bundan əvvəl də olmuşdu. İsmayıllı RİH başçısı belə şiddətli
töhməti heç "40"-ın tökməmiş almışdı.
Sözümün
canı ondadır ki, səlahiyyəti olmayan bir quruma ya səlahiyyət verib saxlamaq
lazımdır, ya da ləğv edib regional idarəetməyə keçid edilməlidir.
Nəzərə
alaq ki, köhnədən çalışan icra başçıları artıq bir növ hər addımın “yolun-
yolağasını" bilirlər.
Yeni
təyiant alanların böyük əksəriyyəti isə heç vaxt çalışdıqları təşkilatlarda
birinci şəxs olmayıblar. Məhz bu səbəbdəndə birdən- birə belə məsul vəzifəyə təyinat
alanda az bir zaman kəsiyində özlərini itirirlər. Və atdıqları addımla RİH
strukturunun çəki və nufuzua xələl gəitirlər. Nə isə.
Allah
bələdiyyələrə yardımçı olsun. Bələdiyyələrə dotasiyanında ayrılması nə isə ləngiyir.
Vüqar Tofiqli
Rəylər
0 Rəy